ABŞ Prezidenti Donald Tramp Almaniya, Fransa və Britaniya liderlərini Vaşinqtonun sülh planını qəbul etməsi üçün Ukrayna lideri Vladimir Zelenskiyə təzyiq göstərməyə çağırıb.
DenMedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat verib.
Jurnalistlərin yazdığına görə, Tramp bu istəyini əvvəlki gün Avropa liderləri ilə telefon danışığı zamanı dilə gətirib.
“ABŞ Prezidenti Zelenskinin əvvəlki Amerika sülh planını oxumadığına görə ona ünvanladığı ictimai tənqidləri təkrarlayıb. Bununla yanaşı, Tramp Vaşinqtonun təklif etdiyi şərtləri yenidən nəzərdən keçirməyə hazır olduğuna dair demək olar ki, heç bir işarə göstərməyib”, — deyə materialda bildirilir.

