27 
dek
2023
20:41
413

Novxanı kənd 13 saylı körpələr evi-uşaq bağçasında Yeni il münasibəti ilə uşaqlar sevindirilib-FOTO/VİDEO

27 dek, 2023
20:41
413

Novxanı kənd 13 saylı körpələr evi-uşaq bağçasında Yeni il münasibəti ilə uşaqlar sevindirilib-FOTO/VİDEO

Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. 

Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Novxanı kənd 13 saylı körpələr evi-uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı möhtəşəm şəkildə qeyd edilib. 

Tərbiyəçi- müəllim Fatma Yusifovanın böyük qrupunun hazırladığı tədbirdə bağça kollektivi və nur üzlü körpə fidanlar yaxından iştirak ediblər. Tədbir körpə balaların maraqlı çıxışları ilə davam edib.
Sonda çıxış edən sözügedən uşaq bağçasının müdiri Gülnar Əzimzadə tədbir iştirakçılarını və körpə fidanları salamlayıb. Həmrəylik Gününün əhəmiyyətindən danışaraq vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəyinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirib. 
Tədbirə dəvət olunan şaxta baba və qar qızın maraqlı oyunları ilə hər kəsi şənləndirib. Uşaqlar hətta şeirlər deyib, mahnılar ifa ediblər.


Əminliklə deyə bilərik ki, bu gün dünyanın harasında yaşamasından aslı olmayaraq hər bir azərbaycanlı Azərbaycan dövlətini özünün vətəni hesab edir və ölkəmizi dünyaya təbliğ edir. 


Şahnaz Əliyeva
Denaz.Tv

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar