Suriya hökumətinin terror hücumlarından qorunmaq üçün İrana rəsmi şəkildə müraciət etdiyi bildirilir.
Den.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
“Bu o deməkdir ki, tərəflər birgə hərəkət etmək barədə razılığa gəlib, hazırda formal prosedur məsələləri həll olunur”, – deyə bildirilib.
Qeyd edək ki, bu gün Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İran XİN başçısı Abbas Arakçını qəbul edib. Tərəflərin danışıqları barədə heç bir açıqlama verilməyib. Arakçı Dəməşqdən Türkiyəyə səfər edəcək.
Xatırladaq ki, Suriyada 4 illik nisbi sakitlik pozulub, “Heyət Təhrir əş-Şam” qruplaşması İdlib və Hələb şəhərlərini ələ keçirərək, Həmaya hücum edib.
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu isə PKK-ya qarşı hərəkətə keçib və Tel-Rıfaha daxil olub. Axar.az
İran bu ölkəyə ordu yeridir? – Təcili

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.