Bəhreyndə İran dronunun hündürmərtəbəli binaya çırpıldığı bildirilir. Bu barədə Telegram kanalı Readovka məlumat yayıb.
Məlumata görə, hadisə Juffair rayonunda baş verib. Yayımlanan kadrlarda pilotsuz aparatın binaya çırpıldığı, bundan sonra qığılcımlar yarandığı və yanğının başladığı görünür. Alovun binanın yuxarı mərtəbələrində baş verdiyi qeyd olunur.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib. Nəticələr dəqiqləşdirilir.

