İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb ki, Amazon şirkətinin Bəhreyndə yerləşən məlumat emalı mərkəzinə zərbə endirilib. Bu barədə IRIB məlumat verib.
Bəyanatda bildirilir ki, əvvəlcədən xəbərdarlıq edilib — əgər hücumlar təkrarlanarsa, ABŞ-ın informasiya texnologiyaları və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətləri hədəf alınacaq.
“Biz xəbərdarlıq etmişdik ki, terror aktları təkrarlanarsa, əsas izləmə və əməliyyatların idarə olunmasında iştirak edən ABŞ şirkətləri vurulacaq. Lakin görünür, Ağ evin özündən razı rəhbərləri bu xəbərdarlığı eşitmədilər. Biz isə vədimizi yerinə yetirdik. Amazon şirkətinin Bəhreyndə yerləşən məlumat mərkəzi vuruldu və məhv edildi.”
Hərbi komandanlıq əlavə edib ki, ABŞ qüvvələri İran ərazisinə hücumları davam etdirərsə, cavab daha sərt olacaq.
Eyni zamanda İran tərəfi bildirib ki, regionda bu şirkətlərin tam məhv edilməsinə görə bütün məsuliyyət ABŞ prezidenti Donald Tramp üzərinə düşür.

