Təl-Əvivdə İran raketinin submərmisi TASS agentliyinin İsraildəki nümayəndəliyinin yerləşdiyi binaya düşüb. Bu barədə agentliyin müxbiri məlumat verib.
Hadisə gecə yarısına yaxın, İsrailin mərkəzi hissəsinin atəşə tutulması zamanı baş verib. Mərmi TASS müxbirlərinin yaşadığı binaya dəyərək partlayıb.
Nəticədə binanın üzlüyü zədələnib, bir neçə pəncərə şüşəsi sınıb. Xəsarət alan olmayıb.

