Yaxın Şərqdə gərginliyin başlanmasından bəri Bəhreyndə İranın 78 raketi və 143 pilotsuz aparatı məhv edilib.
Bu barədə Krallığın Müdafiə Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb. Məlumatı RIA Novosti yayıb.
Açıqlamada bildirilib ki, Bəhreynin hava hücumundan müdafiə sistemləri İranın krallığa qarşı davam edən hücumları zamanı 78 raket və 143 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bundan əvvəl Sabereen News agentliyi pilotsuz aparatın Bəhreynin paytaxtı Manamaya zərbə endirdiyini yazıb. Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.
Martın 6-na keçən gecə isə Bəhreyn Daxili İşlər Nazirliyi İranın Manamada iki hotel və bir yaşayış binasına zərbə endirdiyini açıqlayıb. Bildirilib ki, hadisə zamanı ölən olmayıb, lakin maddi ziyan qeydə alınıb.

