ABŞ Prezidenti Donald Trampın Tehranla razılaşmaya 6 aprel tarixinədək nail olmağı hədəflədiyi bildirilib.
Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlamasında qeyd edib ki, prezident daha əvvəl Truth Social platformasında razılaşmanın 10 gün ərzində əldə olunmasını istədiyini yazmışdı.
“Vaxt getdikcə azalır. Cəmi bir neçə gün qalıb. Qalan müddətdə nə baş verəcəyini görəcəyik”
Bildirilib ki, danışıqların taleyi yaxın günlərdə müəyyənləşəcək.

