ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın ABŞ ilə razılaşma əldə etməsi üçün vaxtı məhduddur. O, bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
“Məndə dünyanın bütün vaxtı var, amma İranda yoxdur. Saat işləyir!”
Tramp həmçinin Hörmüz boğazındakı blokadanın təsirini vurğulayaraq qeyd edib ki, mümkün razılaşma yalnız Vaşinqton üçün qəbuledilən şərtlər əsasında əldə oluna bilər.

