İran nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq üçün Sürixə yola düşüb. Bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, danışıqların əsas məqsədi ABŞ və İran arasında imzalanmış memorandumun icrası ilə bağlı məsələləri müzakirə etməkdir.
Nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Araqçi, Ali Milli Təhlükəsizlik Şurasının beynəlxalq məsələlər üzrə katib müavini Əli Baqeri, Mərkəzi Bankın rəhbəri Əbdülnasir Hemməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazem Qəribabadi, XİN sözçüsü İsmayıl Bəqayi və digər rəsmilər daxildir.
Bəqayinin sözlərinə görə, səfərin məqsədi tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə necə əməl etdiyini yoxlamaqdır.
“Qarşı tərəfin öhdəlikləri pozması ilə bağlı faktları nəzərə alaraq, biz razılaşmanın şərtlərinə əməl olunmasını qətiyyətlə müdafiə etməliyik”, - deyə o bildirib.

