Tehranla Vaşinqton arasında sülh nizamlanmasına dair yekun memorandumun 14 ayrı bənddən ibarət olduğu bildirilir.
Mehr-in məlumatına görə, sənəddə əsas məqamlardan biri İrana qarşı dəniz blokadasının 30 gün ərzində tam ləğv edilməsi ilə bağlıdır. Memorandumda, həmçinin ABŞ hərbi kontingentlərinin İran sərhədləri yaxınlığından geri çəkilməsi nəzərdə tutulur.
Məlumata əsasən, sənəd çərçivəsində ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələri İran iqtisadiyyatının bərpası üçün kompleks proqramlar təqdim etməyi öhdələrinə götürürlər.
Bu proqramlar üzrə maliyyə yatırımlarının minimum həcminin 300 milyard dollardan az olmayacağı qeyd olunur.
Memorandumun digər bəndləri barədə hələlik ətraflı məlumat verilməyib.

