ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazını nəzarətə götürdüyünü və İrana qarşı yeni güclü zərbələr endirməyə hazır olduğunu bildirib.
Tramp “Fox News” telekanalına açıqlamasında “Hörmüz boğazını nəzarətə götürürük. İranın əlində heç nə yoxdur” deyib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqtonla Tehran arasında razılaşma əldə olunub, lakin İran tərəfi son anda onun şərtlərini yerinə yetirməkdən imtina edib.
“Bizim razılaşmamız var idi. Hər şey razılaşdırılmışdı, lakin sonra onlar razılaşmanı pozdular. Buna görə də onlara çox güclü zərbələr endirəcəyik”, — deyə Tramp bildirib.
O əlavə edib ki, iyulun 12-də İranla bağlı keçirilən görüşdə şərtlər razılaşdırılsa da, Tehran daha sonra dəyişikliklər tələb edib. Tramp həmin tələbləri qəbul etmədiyini vurğulayıb.

