ABŞ-ın İranla qarşıdurmada əsas məqsədi İslam Respublikasının nüvə silahına sahib olmasının qarşısını almaqdır. Bunu ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, bu, ABŞ üçün “bir nömrəli məqsəddir”.
“Bir nömrəli məqsəd ondan ibarətdir və həmişə də belə olacaq ki, İran heç bir şəraitdə, heç bir şəkildə və heç bir formada nüvə silahına sahib ola bilməz”, – deyə Ağ Evin sahibi bildirib.

