ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton münaqişənin başa çatması nəticəsində İrana pul ödəmək niyyətində deyil.
Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib və mediada yayılan məlumatları yalan adlandırıb.
“İran heç vaxt nüvə silahına sahib olmamağa razılaşıb”, — deyə Ağ Ev rəhbəri yazıb.
O, həmçinin ABŞ-ın İrana milyonlarla dollar ödəyəcəyi barədə xəbərlərin “faktların qəsdən təhrif edilməsi” olduğunu bildirib.
Tramp bu məlumatların yayılmasında demokratları ittiham edib.
Qeyd edək ki, daha əvvəl bəzi media orqanları İranın ABŞ fonduna çıxış əldə edə biləcəyini yazmışdı. İddiaya görə, həmin vəsait ABŞ müdaxiləsindən sonra ölkənin bərpasına yönəldilə bilərdi.

