İranın ali lideri Müctəba Xamenei islam ölkələrini ABŞ və İsrailə qarşı birlik nümayiş etdirməyə çağırıb. Onun müraciəti İranda dövlət mediası vasitəsilə yayımlanıb.
Xamenei bildirib ki, Vaşinqton və Təl-Əviv yalnız İranın deyil, Qərbi Asiya və Şimali Afrika xalqlarının da düşmənidir.
O, xüsusilə Qərbi Asiya və Fars körfəzi ölkələrinin rəhbərlərinə müraciət edərək deyib:
“Əsl düşməninizi müəyyənləşdirin, onun planını üzə çıxarın və ona müqavimət göstərin.”
İranın ali lideri müsəlman ölkələri arasında parçalanmanın onların rəqiblərinin maraqlarına xidmət etdiyini vurğulayaraq birlik və qarşılıqlı əməkdaşlıq çağırışı edib.
Denmedia.az

