İranın ali lideri Müctəba Xameneinin rəhbərliyi ilə Fars körfəzinin idarə olunması üzrə yeni qaydalar müəyyən ediləcək. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri açıqlama verib, məlumatı Tasnim agentliyi yayıb. Açıqlamada qeyd olunur ki, yeni qaydalar birbaşa ali rəhbərliyin nəzarəti altında hazırlanacaq və tətbiq ediləcək. “Fars körfəzinin idarə olunması üzrə yeni qaydalar ali liderin rəhbərliyi ilə müəyyən ediləcək və həyata keçiriləcək.” Komandanlıq bildirib ki, KİKQ-nin Dəniz Qüvvələri İranın Fars körfəzi və Hörmüz boğazı boyunca təxminən 2000 kilometrlik sahil xəttinə nəzarət edəcək. Eyni zamanda vurğulanıb ki, bu akvatoriya İran xalqı üçün gəlir mənbəyinə, eləcə də region üçün təhlükəsizlik və rifah zonasına çevriləcək.
İran Fars körfəzi üçün yeni qaydalar elan edir
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

