ranın yeni ali lideri Müctəba Xamenei İslam Respublikasının siyasi kursunun dəyişməzliyini və xarici təzyiqlər qarşısında geri çəkilməməsini simvolizə edir.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin elmi əməkdaşı Qriqori Lukyanov “Lenta.ru”ya açıqlamasında bildirib ki, Müctəba Xameneinin seçilməsi atasının siyasi xəttinin davam etdiriləcəyini göstərir.
Ekspertin sözlərinə görə, yeni ali liderin şəxsiyyəti ətrafında fikir ayrılıqları və mübahisələr olsa da, onun seçilməsi ekstremal şəraitdə yaranmış xarici çağırışlara verilən cavabdır.
“Müctəba Xameneinin mümkün çatışmazlıqlarına və onun şəxsiyyəti ətrafındakı mübahisələrə baxmayaraq, yeni rəhbərin seçilməsi atasının kursunun dəyişməzliyini və sarsılmazlığını nümayiş etdirir”, – deyə Lukyanov qeyd edib.
Şərqşünasın fikrincə, Müctəba Xamenei ilk növbədə simvolik lider funksiyasını yerinə yetirəcək, digər siyasi sahələrdə isə onun təsiri daha məhdud ola bilər.
Ekspert bildirib ki, İran artıq müxtəlif sahələrdə məsuliyyətin aşağı idarəetmə səviyyələrinə ötürülməsini nəzərdə tutan “mozaik müdafiə” sisteminə keçib.
Müctəba Xamenei 2026-cı ilin martında İranın Ekspertlər Şurası tərəfindən ölkənin yeni ali lideri seçilib. O, mərhum Əli Xameneinin siyasi kursunun davamçısı kimi qiymətləndirilir.

