ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Ayətullah Müctəba Xamenei ilə görüş təşkil etmək istədiyini bildirib.
Bu barədə The New York Post məlumat yayıb.
Ağ Ev rəhbəri qeyd edib ki, Xamenei Vaşinqton və Tehran arasında aparılan danışıqlar prosesində iştirak edir.
“Deyəsən, pis yola getmirik. Mən onunla görüşmək istərdim. Mən hamı ilə görüşməkdən məmnun olaram. Onunla görüşmək istərdim və çox güman ki, hadisələrin necə inkişaf edəcəyindən asılı olaraq, nə vaxtsa görüşəcəyik”,deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, İranla danışıqlar sürətlə inkişaf edir. Bununla yanaşı, Tramp İranın dəniz blokadasının sentyabradək davam edə biləcəyini də istisna etməyib.

