İranın Ali Lideri Müctəba Xamenei Telegram-da bildirib ki, Fars körfəzi bölgəsinin gələcəyində ABŞ-a yer olmamalıdır.
Onun sözlərinə görə, yalnız ABŞ müdaxiləsinin sona çatması regionda sabitlik və rifahı təmin edə bilər.
“Fars körfəzi regionunun gələcəyi Amerikası olmayan bir gələcək olacaq — inkişaf, rifah və tərəqqi ilə dolu. Minlərlə kilometr uzaqdan işlərimizə qarışanlara burada yer yoxdur”, — deyə Müctəba Xamenei qeyd edib.
O əlavə edib ki, Tehran Fars körfəzi və Hörmüz boğazı üzərində nəzarəti qoruyacaq və bunun üçün ölkənin kifayət qədər imkanları mövcuddur.

