İranın geosiyasi baxımdan dayanıqlığını qoruyub saxlamasında ölkənin ali lideri Əli Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həlledici rol oynayıb.
RUDN Universitetinin politoloqu Fərhad İbrahimov “Vesti”yə bildirib ki, İranda mövcud siyasi model və dövlət idarəetmə sistemi məhz Əli Xamenei tərəfindən formalaşdırılıb.
Onun sözlərinə görə, SEPAH hazırda İranın dövlət təhlükəsizliyinin təmin edilməsində əsas qüvvə kimi çıxış edir.
Politoloq əlavə edib ki, ölkənin iqtisadi sektoruna görə hökumət məsuliyyət daşıyır və İranın bu sahədə müəyyən problemləri mövcuddur.

