ABŞ kəşfiyyatı hesab edir ki, İran Yaxın Şərqdəki hədəflərə zərbə endirmək imkanlarına daha çox əmin olmağa başlayıb.
“The New York Times”ın məlumatlı mənbələrə istinadən yazdığına görə, Tehran qarşıdakı aylarda ABŞ ilə münaqişənin daha da gərginləşməsinə gedə bilər.
Nəşrin məlumatına əsasən, Vaşinqtonda İranın son dövrdə regiondakı hərbi imkanlarını daha inamlı şəkildə qiymətləndirdiyi düşünülür. Bu isə Yaxın Şərqdə yeni qarşıdurma riskinin artmasına səbəb ola bilər.
ABŞ kəşfiyyat dairələri hesab edir ki, qarşıdakı aylarda vəziyyət xüsusilə həssas olaraq qalacaq və İranın atacağı mümkün addımlar diqqətlə izlənəcək.
Denmedia.az

