ABŞ-ın Çikaqo Universitetinin professoru Con Mearsheimer hesab edir ki, İranın ABŞ qarşısında müəyyən üstünlükləri var və bu, Donald Trampı güzəştə getməyə məcbur edə bilər.
Ekspert bildirib ki, qlobal iqtisadi fəlakətin qarşısını almaq üçün Tramp dünya bazarında kifayət qədər neft təmin etməlidir.
“Biz iran neftinə zərbə endirə bilmərik və onların enerji infrastrukturunu dağıda bilmərik. Bu isə İrana böyük təsir rıçaqları verir.”
Mearsheimerin sözlərinə görə, İran hazırda ABŞ-dan daha əlverişli mövqedədir. O qeyd edib ki, Tehran münaqişənin uzanmasında maraqlıdır, çünki zaman keçdikcə Vaşinqton daha çox təzyiq altına düşür.
“Münaqişə uzandıqca Tramp daha çətin vəziyyətə düşəcək və bu, İranın təsir imkanlarını artıracaq.”
Ekspert əlavə edib ki, əgər Tramp kursunu dəyişməsə, vəziyyət daha da ağırlaşa bilər.
O başa düşəndə ki, kurs dəyişməsə ‘Titanik’ aysberqə çırpılacaq, məhz onda ciddi güzəştlərə gedəcək, professor bildirib.

