ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda mövqeyini sərtləşdirib.
Bu barədə The New York Times adı açıqlanmayan amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp İranla müharibənin dayandırılması üzrə mümkün razılaşmanın şərtlərini daha da ağırlaşdırıb. Yeni təkliflər baxılması üçün İran tərəfinə göndərilib.
Qəzet qeyd edir ki, ABŞ liderinin hansı yeni tələblər irəli sürdüyü hələlik məlum deyil.
Məqalədə vurğulanır ki, Tramp daha əvvəl İranın dondurulmuş aktivlərinin bir hissəsinin açılması ideyasından narazılığını bildirmişdi.
Nəşrin mənbələrindən biri ehtimal edir ki, daha sərt təklifin hazırlanmasında məqsəd Tehrana təzyiq göstərmək və onu əvvəlki, daha yumşaq razılaşma variantını tez qəbul etməyə məcbur etmək ola bilər.

