ABŞ əməliyyatının ikinci günündə İran kəşfiyyatı müharibəni dayandırmaq təklifi ilə çıxış edib. Bu barədə The New York Times nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hücumların başlanmasından bir gün sonra İran Kəşfiyyat Nazirliyinin əməkdaşları dolayı yolla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə əlaqə saxlayaraq münaqişənin dayandırılması şərtlərini müzakirə etməyi təklif ediblər. Nəşrin yazdığına görə, İsrail rəsmiləri isə İranın hərbi potensialına maksimum zərbə vurulmasını istəyərək ABŞ-ı bu təklifi nəzərə almamağa çağırıblar. Məqalədə qeyd olunur ki, hazırda Vaşinqton İran kəşfiyyatının bu təklifini ciddi qəbul etmir.
İranın müharibənin ikinci günündə ABŞ kəşfiyyatına göndərdiyi təklif üzə çıxıb
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

