Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığı aparıb.
Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrin məlumatına görə, tərəflər İranla ABŞ arasında davam edən danışıqlardakı son vəziyyəti ətraflı müzakirə ediblər. Telefon danışığının digər detalları barədə məlumat verilməyib.
Danışıqlar regionda gərginliyin yenidən artdığı bir vaxta təsadüf edib. Sentyabrın 5-də ABŞ qüvvələri İranın üç neft tankerinə zərbə endirib. Onlardan biri İranın əsas neft ixrac mərkəzi olan Xark adasının yaxınlığında vurulub. ABŞ Mərkəzi Komandanlığı əməliyyatın İran qüvvələrinin Amerika hərbi gəmilərinə hücumlarına cavab olduğunu bildirib. İran mənbələri zərbələr nəticəsində itki olmadığını açıqlayıb.
Beləliklə, ABŞ–İran xəttində hərbi gərginliyin artdığı bir vaxtda Ankara və Tehran arasında diplomatik təmaslar davam edir.
Denmedia.az

