Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığı aparıb.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı tərəflər regional vəziyyəti müzakirə edib. Nazirlər həmçinin regionda hərbi eskalasiyanın dayandırılması istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, tərəflər Xəzər regionunda təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov bir daha İran tərəfinin diqqətinə çatdırıb ki, Bakı İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən pilotsuz uçuş aparatları ilə hücumlarla bağlı araşdırmanın başa çatmasını gözləyir.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər üzrə fikir mübadiləsi aparıblar.

