İranın xarici işlər naziri Abbas Araqçi və Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani telefon danışığı aparıblar.
Tasnim agentliyinin məlumatına görə, tərəflər Tehran və Vaşinqton arasında nüvə dosyesi üzrə aparılan danışıqları müzakirə ediblər.
Söhbət zamanı İran və ABŞ arasında keçirilən dolayı danışıqların gedişi nəzərdən keçirilib. Tərəflər regional əməkdaşlıq çərçivəsində diplomatik yolun irəlilədilməsi və məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

