ABŞ-ın sentyabrın 1-də İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində azı üç iranlı hərbi pilot həlak olub.
Tasnim agentliyinin məlumatına görə, ölənlər arasında İran Hərbi Dəniz Qüvvələrinin iki pilotu və Hərbi Hava Qüvvələrinin bir nümayəndəsi var. ABŞ Mərkəzi Komandanlığı həmin gün İran ərazisində hərbi hədəflərə, o cümlədən hava hücumundan müdafiə obyektləri, radar sistemləri, dəniz vasitələri və rabitə infrastrukturlarına zərbələr endirildiyini təsdiqləyib.
Partlayışlar İranın cənub sahillərində, o cümlədən Qeşm adası və bir sıra şəhərlərdə qeydə alınıb.
Buna cavab olaraq Tehran regiondakı ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücumların İordaniya, İraq, Bəhreyn və digər Körfəz ölkələrindəki Amerika hərbi obyektlərini hədəf aldığı bildirilir.
Denmedia.az

