İranın xarici işlər naziri Abbas Araqçi Xəzər dənizində zərbə nəticəsində zədələnən İran gəmisinə görə Kiyevdən dəymiş zərərin ödənilməsini tələb edib.
O, bu tələbi Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı zamanı səsləndirib.
Araqçi bildirib ki, İran gərginliyin artmasında maraqlı deyil, lakin ölkə vətəndaşlarına və maraqlarına yönələn istənilən hücum qəbuledilməzdir:
“Dəymiş zərər ödənilməlidir”.
İranlı nazirin sözlərinə görə, Ukrayna tərəfi vəziyyətin daha da gərginləşməsini istəmədiyini bildirib. Sibiqa həmçinin İran gəmisinə zərbənin qəsdən endirilmədiyini deyib.

