Martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Araqçi arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıq zamanı tərəflər regionda vəziyyətin pisləşməsindən dərin narahatlıq ifadə ediblər.
Qeyd olunub ki, hərbi toqquşmaların tezliklə dayandırılması üçün diplomatik səylərin artırılması zəruridir.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, tərəflər arasında əvvəlki telefon danışığı martın 23-də baş tutmuşdu.

