Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Abbas Araqçi ilə görüş keçirib.
Mətbuata qapalı formatda baş tutan görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Abbas Araqçi Hakan Fidanla görüşdən sonra İstanbulda birgə mətbuat konfransında çıxış edib.
Nazir əvvəlki bəyanatlarını bir daha təkrarlayaraq bildirib ki, İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlara hazırdır. Lakin onun sözlərinə görə, təhdidlər davam etdiyi müddətdə bu danışıqların başlanması mümkün deyil.

