Naxçıvanda vətəndaşların etibarından sui istifadərək dələduzluq edən şəxs saxlanılıb.
Den.az xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə Naxçıvan polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb.
O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib.
Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) əlaqə nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır. Həmin şəxsin törətmiş olduğu digər əməllərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Naxçıvanda bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən şəxs ələ keçirilib-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.