Ucar rayonunda qohumlar arasında kütləvi dava olub.
“Den.az” -ın yerli bürosu xəbər verir ki, gecə saatlarında rayonun Bağman kəndində keçirilən “ciyəraxşamı” məclisindən sonra bir qrup şəxs arasında münaqişə baş verib.
Nəticədə yaxın qohum olan 1975-ci il təvəllüdlü Əlisahib Ağasəlim oğlu Səlimov, 2003-cü il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov, 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlifdərəcəli xəsarətlər alıblar. Onlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı Ucar RPŞ-də təhqiqat araşdırmaları aparılır. Tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Ucarda“Ciyəraxşamı”ndan sonra kütləvi dava olub - 4 nəfər...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.