Çinin cənubundakı Kunmin əyalətində sınaqdan keçirilən seysmik avadanlıq qatarının işçilərin üzərinə qalxması faciə ilə nəticələnib. 11 tikinti işçisi həlak olub, daha iki nəfər yaralanıb. Bu barədə məlumatı Kunmin Dəmir Yolu İdarəsinə istinadən TASS yayıb.
Hadisə səhər saatlarında baş verib. Avadanlığı yoxlayan qatar hərəkət zamanı dəmir yolunda olan işçilərə çırpılıb. Yaralananlar dərhal xəstəxanaya aparılıb.
Hazırda hüquq-mühafizə orqanları qəzanın digər səbəblərini araşdırır.

