Bakının Yasamal rayonu ərazisində, Bakı Dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, hadisə səbəbindən Bakı–Sumqayıt şosesi istiqamətində nəqliyyatın hərəkəti çətinləşib.
Hazırda əraziyə polis əməkdaşları və aidiyyəti qurumlar cəlb olunub. Tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

