Çində 11 yaşlı oğlan Quandun əyalətinin cəngəlliyində azaraq iki həftə sağ qalmağı bacarıb.
Bu barədə Need To Know məlumat yayıb.
Uşaq mayın 18-də Anhua kəndi yaxınlığındakı dağlıq meşədə itkin düşüb. Ertəsi gün onun axtarışlarına rəsmi qurumların nümayəndələri də qoşulub. Lakin oğlanı yalnız mayın 30-da tapmaq mümkün olub.
Axtarışlarda həlledici məqam ot toplayan şəxsin tapıntısı olub. O, cəngəllikdə uşağın paltarını aşkar edərək polisə məlumat verib. Bundan sonra göstərilən əraziyə xidməti itlə birlikdə axtarış qrupu göndərilib və uşaq tapılıb.
Meşədə keçirdiyi günlər ərzində oğlan arıqlayıb və bədənində bir neçə sıyrıq yaranıb. Buna baxmayaraq, onun ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Məlum olub ki, uşaq cəngəllikdə əncir ağaclarının meyvələri və yağış suyu hesabına sağ qalıb. Tibbi müayinədən sonra o, valideynlərinə təhvil verilib.

