ABŞ sakini yeni evlənən cütlüyün azyaşlı uşağını onların toy mərasimindən qaçırıb. Bu barədə “People” nəşri məlumat yayıb.
Məlumata görə, 29 yaşlı Maykl Braun uşağın dayısıdır. Toy zamanı o, valideynlərin icazəsi olmadan uşağı götürüb, onu xüsusi uşaq oturacağı olmayan avtomobilə mindirib və naməlum istiqamətə aparıb.
Şahidlərin sözlərinə görə, Braun həmin vaxt sərxoş olub. O, telefon zənglərinə cavab verməyib, evində də tapılmayıb.
Uşağın qaçırıldığından qorxan valideynlər polisə müraciət ediblər. Bir neçə saat sonra kişi və onun azyaşlı bacısı oğlu yol kənarında saxlanılmış avtomobildə tapılıblar. Onların hər ikisi maşında yatmış vəziyyətdə olub.
Uşaq valideynlərinə qaytarılıb, Maykl Braun isə həbs edilib. Onun uşağı hansı səbəbdən apardığı hələlik məlum deyil.

