Britaniyada 3 yaşlı uşağı timsahların olduğu volyerə atmaqda şübhəli bilinən 30 yaşlı kişi saxlanılıb.
Bu barədə Kembricşir qraflığının polisi məlumat yayıb.
Bildirilib ki, hadisə gündüz saatlarında Hantinqdonşirdə yerləşən özəl zooparkda baş verib.
Yaralanan uşaq təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır, lakin stabil kimi qiymətləndirirlər.
Saxlanılan şəxs barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə araşdırma aparılır.
Polis rəsmisi Veriti Makken bildirib ki, ilkin məlumata görə, saxlanılan kişi və uşaq bir-birini tanımayıb.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

