ABŞ-ın şimal-şərqində yerləşən Newark şəhərində yerli sakin pitbulların hücumu nəticəsində həyatını itirib. Bu barədə NJ.com məlumat yayıb.
Məlumata görə, hadisə aprelin 11-də baş verib. Kişi yaşayış komplekslərindən birinin ərazisində üç itin davasına müdaxilə edib, lakin nəticədə heyvanlar ona hücum ediblər.
Bildirilib ki, zərərçəkən qaçmağa nail olsa da, ağır xəsarətlər alıb.
Qeyd olunur ki, kişi itlərin sahibini tanıyırmış. Hadisədən sonra heyvanların taleyi barədə məlumat verilməyib.

