Niderlandda polis valideynlərini öldürməkdə şübhəli bilinən 13 yaşlı qızı saxlayıb. Bu barədə “Dutch News” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, 53 yaşlı ər-arvadın meyitləri Qroningen əyalətinin Meerstad şəhərində yerləşən evdə aşkar edilib.
Cütlüyün ölüm səbəbi ilə bağlı araşdırma davam edir. Polis hələlik hadisənin detalları barədə məlumat açıqlamır. Buna səbəb kimi taktiki və məhkəmə-tibbi ekspertizaların aparılması göstərilir.
“The Telegraaf” nəşri isə hadisənin baş verdiyi evin həyətində satış elanı olduğunu qeyd edib. Bildirilir ki, ailə köçməyə hazırlaşırmış.
Hadisə zamanı evdə ailəyə məxsus köpək də olub. Heyvan daha sonra sığınacağa təhvil verilib.

