Kürdəmirdə növbəti dəfə magistral su boru xətti partlayıb,rayon mərkəzi daxil olmaqla rayonun 6 kəndi susuz qalıb.
Denmedia.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun Külüllü-Kürdımir magistral su xəttinin 28-ci km-də rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki,qəza diametri 500 mm olan borunun partlaması nəticəsində qeydə alınıb.Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.Qəzanın aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.
Qeyd edək ki,Külüllü -Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun 8460 abonentini və ümumilikdə 21000 sakinini içməli su ilə təmin edir.
Aqil Əsədov

