Kürdəmirdə magistral su xəttində qəza baş verib, nəticədə rayon mərkəzi və altı kənd susuz qalıb.
DenMedia.az report-a istinadən xəbər verir ki, qəza Külüllü–Kürdəmir magistral xəttinin 31-ci kilometrində, Qaraqocalı kəndi ərazisində yerləşən 500 millimetrlik su borusunda qeydə alınıb.
Hadisə yerinə Kürdəmir Rayon Su Təchizatı və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları və xüsusi texnika cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, eyni magistral xəttdə oxşar qəza martın 27-də də baş vermişdi.
2013-cü ildə çəkilən bu su xətti rayonun təxminən 21 min sakinini içməli su ilə təmin edir.

