ABŞ-nin Florida ştatında 31 yaşlı turist Britteni Klark 4 metr uzunluğundakı alliqatorun hücumu nəticəsində həyatını itirib.
New York Post nəşrinin məlumatına görə, hadisə 28 iyunda Ekonlokhatçi çayında, Little Big Econ dövlət meşəsi ərazisində baş verib.
Klark sevgilisi Çens Ellison və rəfiqəsi Ceyden Ernandeslə birlikdə istirahət etdiyi zaman alliqator qəfil sudan çıxaraq qadını tutub.
Ellison onu yırtıcının ağzından xilas etməyə çalışsa da, buna nail ola bilməyib. Hücum nəticəsində qadının qolları ağır zədələnib, alliqator isə onun bir qolunu qoparıb.
Ağır yaralanan Klark xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun son sözlərindən birinin sevgilisindən Hoki adlı alman çoban itinə qayğı göstərməsini istəməsi olduğu bildirilir.
Məhkəmə-tibbi ekspertiza qadının sümüklərində alliqator dişlərinin izlərini təsdiqləyib.
Daha sonra ovçular hadisə yerinin yaxınlığında həmin alliqatoru taparaq vurublar. DNT analizi də hücumu məhz bu sürünənin həyata keçirdiyini təsdiqləyib.

