İndoneziyada 47 yaşlı palma plantasiyası işçisi timsah hücumuna məruz qalıb.
Bu barədə The Borneo Post xəbər verib.
Hadisə Makassar şəhəri yaxınlığında baş verib. Muhlis Tentra adlı kişi həmkarları ilə birlikdə herbisidlə alaq otlarını məhv edirdi.
O, çiləyici üçün su götürmək məqsədilə çaya yaxınlaşanda, sudan qəfil çıxan timsah ona hücum edib və onu suya sürüyüb aparıb.
Hadisə onun yaxınlıqdakı iş yoldaşının gözü qarşısında baş verib.
Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Axtarışlar davam edir, lakin hələ nəticə əldə olunmayıb.
Xilasedici xidmətin nümayəndəsi bildirib ki, ərazidə zəif mobil siqnal və əlaqə çatışmazlığı əməliyyatı çətinləşdirir.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                