Cənubi Afrika Respublikasının Şərqi Keyp vilayətində cadugərlikdə ittiham edilən 75 yaşlı Noxansala Sidikinin meyiti tapılıb.
Bu barədə The Citizen məlumat yayıb.
İstintaqın məlumatına görə, yaşlı qadın yaxınları tərəfindən evindən çıxarılıb və çayın kənarına aparılıb. Orada onu “cadugər” adlandıraraq hücum ediblər.
Hadisədən sonra qadının meyiti çayın yaxınlığında aşkarlanıb. İlkin məlumata görə, onun ölümündə zorakılıq əlamətləri müəyyən edilib.
Şübhəlilər hadisə yerindən qaçıblar. Hazırda onların axtarışı davam etdirilir.

