Əlcəzairdə sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 25 nəfər həyatını itirib, 44 nəfər yaralanıb.
Əlcəzair Mülki Müdafiə Baş İdarəsinin məlumatına görə, qəza səhər saatlarında paytaxt Əlcəzairdən təxminən 55 kilometr şərqdə yerləşən Bumerdes vilayətində baş verib.
Setif şəhərindən hərəkət edən avtobus El Karma kəndi yaxınlığında, 24 nömrəli milli avtomobil yolunda idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə 3 axtarış-xilasetmə avtomobili və 11 təcili tibbi yardım maşını göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, bölgədə təxliyə işləri davam etdirilir.

