Kürdəmirdə növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib.
Den.az xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki,kənd sakinləri şam yeməyi yedikdən sonra onların halı qəfildən pisləşib.Ümumilikdə 8 nəfər qidadan zəhərlənərək Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.Həkimlər onlara ilkin tibbi yardım göstərdikdən sonra ambulator müalicə üçün evə buraxıblar.
Qeyd edək ki, analoji hadisə iyul ayının 20-də axşam saatlarında rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində də qeydə alınmışdı.Orda isə 24 nəfər sakin qidadan zəhərlənərək rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdi.Hazırda hər iki faktın səbəbi AQTA (Azərbayca Qida Təhlükəsizliyi Agentliyi)-nin araşdırmasından sonra məlum olacaq.
Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları müvafiq qurumlarla birgə araşdırmalar aparır.Bu barədə DenazTv-yə AQTA-dan məlumat verilib.Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər.İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib.Faktla bağlı araşdırmalar davam edir deyə məlumatda deyilir.
Hazırda faktla bağlı araşdırma aparılır.