İran Küveytdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
“ABŞ-nin Küveytdəki bazaları İran raketləri və pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb”, – məlumatda bildirilib.
Son məlumatlara görə, İranın ABŞ obyektlərinə qarşı hücumları Küveytlə yanaşı regionun digər ölkələrindəki hərbi hədəfləri də əhatə edib. Küveytin bəzi raketləri ələ keçirdiyi bildirilir.

