Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb.
Den.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb.
Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Qardaş ölkə Türkiyə və Ukrayna 40-cı (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 21-ci sıradadır.
İlk "üçlük"də Çin (13 qızıl, 9 gümüş, 9 bürünc), Fransa (11 qızıl, 12 gümüş, 13 bürünc) və Avstraliya (11 qızıl, 6 gümüş, 5 bürünc) yer alıb.
Hələlik 50 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycan medal sıralamasında 18-ci pillədə QƏRARLAŞDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.