Türkiyə yığması dünya çempionatları tarixində antirekorda imza atıb. Bu barədə “Opta” məlumat yayıb.
Türkiyə millisi dünya çempionatları tarixində iki oyunda qapıya 62 zərbə endirib qol vura bilməyən ilk komanda olub.
İkinci turun oyununda Türkiyə millisi Paraqvaya məğlub olub. Qarşılaşma 1:0 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu ikinci dəqiqədə Matias Qalarza vurub.
Matçın 45-ci dəqiqəsində Paraqvay millisinin futbolçusu Migel Almiron əli ilə ağzını bağladığına görə meydandan qovulub. “Qazeta” görüşün mətn onlayn-translyasiyasını aparıb.
D qrupunda hazırda 6 xalla ABŞ millisi liderdir. Avstraliya və Paraqvayın hərəyə 3 xalı var. Türkiyə millisi isə hələlik xal qazana bilməyib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-də başlayıb və turnir iyulun 19-da başa çatacaq. Oyunlar ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransanı məğlub edən Argentina millisidir.

